“Neftçi” ölkə kubokunun 1/4 final mərhələsinin ilk oyununda “ev”də “Zirə”yə boyun əyməklə işini xeyli çətinləşdirdi.
“Ağ-qaralar” yarımfinala vəsiqə qazanmaq üçün fevralın 7-dəki dueldə yaxşı müdafiə olunmağı bacaran rəqibini məğlub etməlidir. Lakin məsələnin başqa tərəfi var ki, bu fakt Rəşad Sadıqovla yetirmələrinin məsuliyyətini artırmalıdır.
Offsideplus.az xəbər verir ki, kubok görüşlərində “doğma divarlar” arasında qələbə qazana bilməmək “Neftçi” üçün adi haldır. Ölkənin ən köklü komandası artıq neçə ildir “Bakcell Arena”dakı qarşılaşmaların böyük əksəriyyətini məğlub başa vurub. Buna baxmayaraq, cavab görüşündə yenilginin əvəzini çıxmağı bacarırlar. Hətta mərhələ keçməsələr belə, səfərdə uduzmurlar.
Elə isə, bakılıların sonuncu dəfə ölkə kubokuna sahib çıxdığı 2014-cü ildən bu yana olan kubok göstəricisinə nəzər salaq.
2014-15
1/4 final
Neftçi – AZAL 0:0
AZAL – Neftçi 0:1
2015-16
Yarımfinal
Neftçi – Qəbələ 1:1
Qəbələ - Neftçi 1:1 pen – 3:4
2016-17
1/4 final
Zirə - Neftçi 0:3
Neftçi – Zirə 1:2
Yarımfinal
Neftçi – Qarabağ 0:2
Qarabağ – Neftçi 0:0
2017-18
Yarımfinal
Qəbələ - Neftçi 1:2
Neftçi – Qəbələ 1:3
2018-19
1/4 final
Neftçi – Sumqayıt 0:2
Sumqayıt – Neftçi 0:1