"Çelsi" klubunun yeni baş məşqçisi tezliklə açıqlanacaq.
Offsideplus.az xəbər verir ki, Liam Rosenior "zadəganlar" ilə müqavilə bağlamaq üçün London şəhərinə gəlib. Bu barədə yerli mətbuat məlumat yayıb. Qarşıdakı 24 saat ərzində Rosenior "Çelsi" klubunda baş məşqçi vəzifəsinə təyin olunacaq. O, bu postda Entso Mareskanı əvəzləyəcək.
"Strasbur" klubu isə 41 yaşlı mütəxəssisin gedişinin ardından yeni baş məşqçi axtarışına başlayıb.



