“Mançester Siti”nin baş məşqçisi Pep Quardiola klubdakı gələcəyi ilə bağlı açıqlama verib.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis bildirib ki, gələn mövsüm də komandada qalacaq və son bir dəfə çempionluq uğrunda mübarizə aparacaq:

“Gələn mövsüm "Mançester Siti"nin baş məşqçisi olacağammı? Daha əvvəl dəfələrlə demişəm, bir mövsüm daha müqaviləm var. Bəlkə də siz mənimlə bağlı yorulmusunuz, çünki artıq 10 ildir buradayam. Amma əmin olun, bu müddət də bir gün sona çatacaq, söz verirəm.

Klubda çox şey yaşadıq. Bəzən bir ay boyunca heç bir oyun qazana bilmirdik, amma həmişə böyük dəstək hiss etdim. Burada çox xoşbəxtəm və komandam üçün mübarizə aparmaq istəyirəm. Mançester xalqı mənə hörmət göstərir və bunu dəfələrlə nümayiş etdirdi. Son bir mövsüm daha çempion olmaq istəyirəm. Əlbəttə, bir gün bu işi tərk edəcəyəm. Bir mövsüm daha müqaviləm var və gələcəkdə nə olacağını birlikdə görəcəyik.”

Quardiola sözlərinə “hələlik bir mövsüm daha burada qalacağam” - deyərək davam edib və gələcək planlarını izləyicilərlə paylaşmaqdan çəkinməyib.