"Kristal Palas" bu mövsüm ən yaxşı komandalardan biridir.
Offsideplus.az xəbər verir ki, şübhəsiz, bu uğurda London təmsilçisinin baş məşqçisi Oliver Qlasnerin böyük rolu var.
Klub prezidenti də onu saxlamaq istədiklərini bildirib:
"Klubda hər kəs Oliver Qlasnerin qalmasını istəyir və mən də onun qalmasını çox istəyirəm. İstədiyimiz nəticəyə ümid edirik, amma başqa ehtimalları üçün də B planımız var".
"Kristal Palas" hazırda 26 xalla Premyer Liqasında 4-cü yerdədir.



