Arsenal-dakı 22 illik macərasına keçən mövsümdə nöqtə qoyan Arsen Venger açıqlama verib.

Offsideplus.az xəbər verir ki, İngiltərədə çalışmayacağını qeyd edən Venger "Hazırda istirahət edirəm və bir çox oyunlar izləyirəm. İngiltərədə uzun müddət çalışdığımdan dolayı başqa bir komandada çalışmaq məntiqli görünmür. Amma indi gələcəyimin harada olduğunu bilməməklə bərabər onu deyə bilərəm ki, 2019-cu ilin əvvəlində bir komandanın başında olacağam." ifadələrini səsləndirib.

Qeyd edək ki, Arsenal-da 22 il çalışmış 68 yaşlı mütəxəssis 3 Premyer Liqa, 7 FA Cup və 6 Community Shield zəfəri yaşayıb.