"Nyukasl" klubu bu yay Aleksandr İsakı satmağı düşünmür.
Offsideplus.az xəbər verir ki, bu qərar oyunçunun özünə də deyilib. İsveçlı hücumçu qərarı bəyənməsə də, klubun fikri qətidir.
Bu barədə "The Telegraph" məlumat yayıb.
Bununla da İsakın "Liverpul"a gedişinə icazə verilməyəcək. O, bu vəziyyəti qəbul edənə qədər forma geyinə bilməyəcək.
Qeyd edək ki, Mersisayd təmsilçisi 25 yaşlı futbolçu üçün 160 milyon avroya ödəməyə hazır idi.



