Kayl Uoker-Pitersin yeni klubu məlum olub.
Offsideplus.az xəbər verir ki, ingilis futbolçu azad agent kimi "Vest Hem"ə qoşulacaq. O, London təmsilçisi ilə 3 illik müqavilə imzalayacaq.
Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Uoker-Pitersla "Beşiktaş" da yaxından maraqlanırdı. Hətta İstanbul klubu onun razılığa gəlindiyini rəsmi saytından açıqlamışdı. Lakin o, planlanan tarixdə İstanbula gəlmədiyi üçün bu keçid baş tutmamışdı.



