Chelsea-nin baş məşqçisi Mauritsio Sarri klubun tarixinə düşüb.

Offsideplus.az xəbər verir ki, italiyalı mütəxəssis “zadəganlar”ın tarixində ilk 10 Premyer Liqa matçında məğlub olmayan yeganə baş məşqçidir. Bu barədə İngiltərə mətbuatı məlumat yayıb.

Son turda Burnley-i səfərdə 4:0 hesabı ilə məğlub edən Chelsea cari mövsümdə Premyer Liqada sayca 7-ci qələbəsini qazanıb. “Zadəganlar” 10 turda 3 dəfə də heç-heçə edərək, turnir cədvəlində 24 xalla 2-ci pillədə qərarlaşıb.

Sarri iyul ayında Chelsea-nin “sükanı arxasına” keçib. O, “zadəganlar”da yeganə məğlubiyyətini avqustun 5-də, İngiltərə kubokunun finalında Manchester City-yə qarşı oyunda alıb (0:2).

 

 

Komanda.az