Luis Dias bu yay "Liverpul"dan ayrılmağı planlaşdırır.

Offsideplus.az xəbər verir ki, kolumbiyalı futbolçu yaxşı təklif gələcəyi halda Mersisayd təmsilçisindən ayrılmağı düşünür.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

"Liverpul" Dias üçün "Bavariya"nın ilk təklifini rədd edib. "Barselona" da onunla maraqlanır.

Hər iki klub 28 yaşlı futbolçu üçün yenidən "qırmızılar"la müzakirələr aparacaq.