"Mançester Yunayted" artıq 1 aydan çoxdur maraqlandığı Brayan Mbemo transferini növbəti həftə tamamlamaq istəyir.

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" "Brentford"a etdiyi yüksəldib.

Bu barədə "Sky Sports" məlumat yayıb.

Mbemo 2019-cu ildən "Brentford"da çıxış edir. O, burada 242 oyunda 70 qol vurmağı bacarıb.

Əlavə edək ki, "Mançester Yunayted" bu yay indiyə qədər cəmi 1 transfer edib. Onlar Mateus Kunyanı heyətinə qatıb.