Yarımmüdafiəçi Cengiz Under yaxın vaxtlarda Roma-dan ayılaraq Avropanın aparıcı klublarından birində yer ala bilər. 

Offsideplus.az xəbər verir ki, 21 yaşlı futbolçu Arsenal, Barcelona, Manchester City və Manchester United-in diqqət mərkəzinə düşüb. “Qırmızı şeytanlar" türk futbolçunu Aleksis Sançesin əvəzinə əldə etməyi düşünür. Barcelona isə Malkomu Underlə əvəzləməyi nəzərdə tutur. Aparıcı klubların marağını nəzərə alan Roma yarmmüdafiəçini baha satmaq niyyətindədir. Klub transfer üçün 50 milyon avro tələb edir. Rəhbərliyin fikrincə, bu məbləğ yeni bir futbolçu almağa yetər. Əvvəllər Bayern Munchen ilə Borussia-nın da Cengizlə maraqlandığı deyilirdi.