"Tottenhem" baş məşqçi postuna Tomas Frankı gətirib.

Offsideplus.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb.

Danimarkalı mütəxəssis 2018-ci ildən "Brentford"u çalışdırırdı. O, London klubunda Anqelos Postekoğlunu əvəz edib.

"Tottenhem" Postekoğlu rəhbərliyində başa çatan mövsümdə Avropa Liqasını qazanmağı bacarıb.

Onlar növbəti mövsüm Çempionlar Liqasında mübarizə aparacaq.