Harvi Elliott bu yay "Liverpul"u tərk edə bilər.

Offsideplus.az xəbər verir ki, 22 yaşlı yarımmüdafiəçi karyerasını ehtiyat oyunçular skamyasında keçirmək istəmir. Ona görə də ayrılığı düşünür.

Bu barədə "Mail Sport" məlumat yayıb.

Elliott 2019-cu ildən Mersisayd klubunda çıxış edir. O, başa çatan mövsümdə 28 oyunda 5 qol vurub və 3 məhsuldar ötürmə edib.

Gənc futbolçunun klubla daha 2 mövsümlük müqaviləsi var.