"Milan"ın qapıçısı Mik Menyan karyerasını "Çelsi"də davam etdirəcək.
Offsideplus.az xəbər verir ki, "rossoneri" London klubunun son təklifini qəbul edəcək. "Zadəganlar" fransalı çərçivə qoruyucusu üçün 18 milyon avro ödəyəcək.
Bu barədə "La Gazzetta dello Sport" məlumat yayıb.
Menyan 2021-ci ildən "Milan"da çıxış edir. O, "qırmızı-qaralar"ın heyətində ümumilikdə 163 oyuna çıxıb.
Fransalının İtaliya nəhəngi ilə müqaviləsi gələn ilin yayında başa çatırdı.