"Çelsi" klubu "Borussiya"nın futbolçusu Ceymi Qittenslə şəxsi məsələlərdə razılığa gəlib.

Offsideplus.az xəbər verir ki, "zadəganlar" 20 yaşlı futbolçu üçün Dortmund təmsilçisinə 35 milyon avro təklif edib. Lakin bu təklif qəbul edilməyib. London klubu məbləği yüksəldəcək.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Qittens 2022-ci ildən "Borussiya"nın əsas komandasında çıxış edir. O, başa çatan mövsümdə 48 oyunda 12 qol vurub və 5 məhsuldar ötürmə edib.