Rahim Sterlinq "Arsenal"dan ayrılıb.
Offsideplus.az xəbər verir ki, ingiltərəli futbolçunun başa çatan icarə müqaviləsi uzadılmayıb. O, yenidən "Çelsi"yə qayıdacaq.
Bu barədə "topçular"ın rəsmi saytı məlumat yayıb.
Sterlinq "Arsenal"ın heyətində Premyer Liqada qol vurmağı bacarmayıb. O, yalnız İngiltərə Liqa Kubokunda 1 qol vura bilib.
Təcrübəli futbolçunun "Çelsi" ilə 2027-ci ilin yayına müqaviləsi var. Lakin onun "zadəganlar"da qalacağı gözlənilmir.