"Çelsi" klubu "Milan"ın qapıçısı Mik Menyanla maraqlanır.

Offsideplus.az xəbər verir ki, fransalı çərçivə qoruyucusu ilə "qırmızı-qaralar"ın müqavilə uzatmaq üçün danışıqları dayanıb. Onun hazırki sözləşməsi gələn ilin yayında bitir.

Bu barədə insayder Fabritsio Romano məlumat yayıb.

Menyan 2021-ci ildən "Milan"da çıxış edir. 30 yaşlı qapıçı cari mövsüm 53 oyunda İtaliya nəhəngini qapısını qoruyub və 15 qarşılaşmada qapısını toxunulmaz saxlaya bilib.

"Zadəganlar" onun müqaviləsinin bitməyinə 1 il qalmağından istifadə edərək onu transfer etməyə çalışacaq.