İngiltərə Premyer Liqasında 2024/25 mövsümünün "ən güclü" qolu elan olunub.
Offsideplus.az xəbər verir ki, “Nyukasl Yunayted” klubunun hücumçusu Aleksandr İsakın “Liverpul”a qarşı keçirdiyi oyunda uzaq məsafədən vurduğu qol azarkeşlərin və futbol mütəxəssislərinin birgə səsverməsi nəticəsində buna layiq görülüb. Onun zərbəsinin gücü saatda 108.94 km olub.
İsakın vurduğu həmin qolu təqdim edirik: