"Liverpul" klubu Luis Diaz üçün 50 milyonluq avroluq təklif gəlsə, bunu qəbul edəcək.
Offsideplus.az xəbər verir ki, bu məbləğ Florian Virtsin transferində istifadə ediləcək. Mersisayd təmsilçisinin almaniyalı futbolçu üçün 130 milyon avrodan çox xərcləyəcəyi gözlənilir.
Bu barədə "El Nacional" portalı məlumat yayıb.
Dias 2022-ci ilin yanvarından "Liverpul"da çıxış edir. O, cari mövsüm 48 oyunda 16 qol vurub və 8 məhsuldar ötürmə edib.