"Mançester Siti" ilə müqavilənin müddətini yeniləməyən Kevin De Brüyne yeni klub axtarışındadır.
Offsideplus.az xəbər verir ki, belçikalı futbolçu yeni komandası barədə tezliklə qərar verəcək. Bu barədə məşhur insayder Fabritsio Romano məlumat yayıb.
"Napoli" yarımmüdafiəçiyə təklif göndərib və tərəflər rəsmi müqavilə imzalamağa yaxındırlar. Bundan əlavə, ABŞ-nin "Çikaqo Fayr" klubu da aprel ayından bəri futbolçu ilə əlaqəyə keçib və cavab gözləyir.
Kevin De Brüyne karyerası ilə bağlı son qərarı ailəsi ilə birgə verəcək.



