“Everton” mövsümün sonunda üç futbolçusu ilə yollarını ayıracaq.
Offsideplus.az xəbər verir ki, klubun rəsmi açıqlamasına görə, Eşli Yanq (39 yaş), Asmir Beqoviç (37 yaş) və Coa Vircinia (25 yaş) bu yay komandadan ayrılacaq.
Təcrübəli futbolçuların müqavilələri iyunun sonunda başa çatır və onlar azad agent statusu alacaqlar.
Xüsusilə Azərbaycanlı azarkeşlər üçün maraqlı məqam ondan ibarətdir ki, “Everton”u tərk edən futbolçulardan biri, qapıçı Asmir Beqoviç bir vaxtlar “Qarabağ” klubunun formasını geyinib. O, 2019-cu ildə icarə əsasında “Qarabağ”da çıxış etmişdi. Bosniya və Herseqovina millisinin sabiq üzvü uzun illər Premyer Liqada “Stok Siti”, “Çelsi”, “Bornmut” və “Everton” kimi klublarda çıxış edib.



