"Arsenal" növbəti mövsüm artıq uğursuz olmaq istəmir.

Offsideplus.az xəbər verir ki, Martin Subimendi ilə şəxsi məsələlərdə razılığa gələn "topçular"ın növbəti hədəfi Aleksandr İsakdır. London klubu isveçli hücumçu üçün 125 milyon funt-sterlinqdən çox da xərcləməyə hazırdır.

Bu barədə "Fichajes" portalı məlumat yayıb.

İsak 2022-ci ilin yayından "Nyukasl"da çıxış edir. O, cari mövsüm bütün turnirlərdə 41 oyunda 27 qol vurub.