"Liverpul"un hücumçusu Mohamed Salah 2024/25 mövsümünün sonunda "Qızıl top"a sahib çıxmağı arzulayır.
Offsideplus.az xəbər verir ki, misirli futbolçu bununla bağlı TNT Sport-a müsahibəsində bildirib.
"Mən bütün mükafatları qazanmaq istəyirəm. Həmçinin "Qızıl top"u. Lakin əvvəlcə fikrimizi Premyer Liqaya yönəltməliyik. İngiltərə çempionu olduqdan sonra şəxsi mükafatlardan danışmaq mümkündür" - deyə 32 yaşlı oyunçu vurğulayıb.
Qeyd edək ki, idman jurnalistləri cari mövsüm fantastik oyun göstərən Salahı "Qızıl Top"a ən real namizəd sayırlar. O, İniltərə Premyer Liqasında 27 matçda 25 dəfə fərqlənməyi, 16 dəfə qol ötürməsi verməyi bacarıb.