Dünya futbolunun ən böyük klublarından biri olan "Real Madrid", güclü heyəti və gənc ulduzları ilə də diqqət çəkir.
Offsideplus.az xəbər verir ki, Arda Güler, Endrik və Raul Asensio kimi gələcəyin parlaq futbolçularının da sahibi olan İspaniya nəhəngi, yay transfer dövründə sürpriz bir ayrılığa icazə verə bilər. İngiltərənin Premyer Liqa nəhəngi "Arsenal", Endrik üçün 60 milyon avroya qədər təklif etməyə hazırlaşır. Gələcəyin ən böyük hücumçularından biri hesab edilən braziliyalı gənc ulduz üçün "Real Madrid"in qərarı həlledici olacaq.
Qeyd edək ki, 18 yaşlı futbolçu, bu mövsüm 23 rəsmi matçda 5 qol və 1 asist edib.