"Liverpul"un ulduz futbolçusu Mohamed Salah cari mövsümdə möhtəşəm çıxışını davam etdirir. 

Offsideplus.az xəbər verir ki, misirli hücumçu İngiltərə Premyer Liqasının XXIX turu çərçivəsində "Aston Villa"ya (2:2) qol vurmaqla, yeni rekorda imza atıb. 

O, çempionatda ardıcıl 15 səfər matçında fərqlənib. Buna qədər rekord Luis Suaresə məxsus idi. Uruqvaylı futbolçu 2013/14 mövsümündə "Liverpul"un heyətində ardıcıl 14 səfər qarılaşmasında qol vurmuşdu.

Salah bu mövsüm "Liverpul"da bütün yarışlarda 29 qol vurub, 20 asist edib.