"Hazırda "Mançester Yunayted"in böyük problemləri var. Mənim komandamla "təhlükəli zona" arasında "Vulverhempton" və "Vest Hem" qalır. Başa düşürsünüz ki, biz Premyer Liqanı tərk etməyə nə qədər yaxınıq? Qorxuram ki, hər şey belə də ola".

Offsideplus.az xəbər verir ki, bu sözləri İngiltərə yığmasının və "Mançester Yunayted"in sabiq müdafiəçisi Rio Ferdinand deyib.

Vaxtilə "qırmızı şeytanlar"ı böyük uğurlara daşımış ulduz futbolçu indi bədbinliyə qapılıb: "Kimsə dedi ki, Premyer Liqada yerimizi saxlamaq üçün bizə cəmi 11 xal lazımdır. Mən buna daha dərin prizmadan yanaşmağa başlayıram. Qarşımda Premyer Liqanın təqvimi var. Əminliklə deyə bilərəm ki, növbəti turlarda qalib gələ biləcəyimiz yeganə komanda "Lester"dir. Digər oyunlarda qələbə imkanlarını görmürəm. Elə problem də bundan ibarətdir".

Qeyd edək ki, "Mançester Yunayted" hazırda 29 xalla 15-ci yerdə qərarlaşıb. Komandanı Çempionşipə yuvarlanmağa namizə olan "İpsviç" və "Lester"dən 12 xal ayırır.