Seneqal yığmasının və Liverpool-un futbolçusu Sadio Mane zədələnib.

Offsideplus.az-ın Britaniya mətbuatına istinadən yaydığı xəbərə görə, Manenin milli komandanın düşərgəsində əl barmağı sınıb. Onun Premyer Liqanın növbəti turunda Huddersfield-lə keçiriləcək oyunda iştirak etməyəcəyi bildirilir.

Qeyd edək ki, Huddersfield – Liverpool oyunu oktyabrın 20-də keçiriləcək.