"Mançester Siti"nin futbolçusu Kevin De Bröyne karyerasını İspaniya La Liqasında davam etdirə bilər.
Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "El Gol Digital" yayıb.
Mənbəyə görə, belçikalı yarımmüdafiəçi "Barselona"nın diqqət mərkəzindədir. Kataloniya təmsilçisi təcrübəli oyunçuya yayda cəzbedici müqavilə təklif edəcək.
Sözügedən futbolçunun Hans-Diter Flikin rəhbərliyi altında Kataloniya komandasında oynamaq variantına isti yanaşdığı qeyd edilir.