"Tottenhem"in qapıçısı Qulyelmo Vikario uzun müddətə sıradan çıxıb.
Offsideplus.az xəbər verir ki, bu barədə komandanın baş məşqçisi Angelos Postekoqlu bildirib.
O, 28 yaşlı qolkiperin bir neçə ay yaşıl meydanlardan kənar qalacağını bəyan edib.
Xatırladaq ki, Vikario İngiltərə Premyer Liqasının 12-ci turunun "Mançester Siti" ilə səfər oyununda sıradan çıxıb. Onun bu oyunda topuğunun sındığı məlum olub