İngiltərə Premyer Liqasının dörd köklü klubu maliyyə hesabatlarının saxtalaşdırılması ilə bağlı "Mançester Siti"ni İngiltərə ali futbol qurumuna şikayət edib.

Offsideplus.az xəbər verir ki, bu barədə "The Times" məlumat yayıb.

Mənbəyə görə, "Mançester Yunayted", "Liverpul", "Arsenal" va "Tottenhem" ittihamlarında haqlı çıxsalar, 100 milyon avroluq təzminat alacaqlar. Bu səbəbdən "şəhərlilər" maliyyə ilə bağlı sənədləri təqdim etməkdən yayınırlar.