"Arsenal"ın idman direktoru Edu Qaspar vəzifəsindən ayrılıb.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "topçular"ın mətbuat xidməti yayıb.

Sözügedən mütəxəssis "Arsenal"a 2019-cu ilin iyulunda texniki direktor olaraq gəlmiş və daha sonra isə 2022- ci ilin noyabrında klubun birinci idman direktoru vəzifəsinə təyin edilib.