"Mançester Yunayted"in yeni baş məşqçisi Ruben Amorimin heyətində görmək istədiyi futbolçu bəlli olub. 

Offsideplus.az xəbər verir ki, mütəxəssis "Sportinq"in müdafiəçisi Usman Diomandenin "qırmızı şeytanlar"a keçidini istəyir. Bu barədə "Sun Sport" nəşri məlumat yayıb. 

20 yaşlı futbolçunun transfer dəyəri 70 milyon avrodur. O, Fil Dişi Sahili millisinin üzvüdür.