İngiltərənin "Liverpul" klubu 75 azarkeşinə ciddi qadağa qoyub.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
75 azarkeşə ev oyunları zamanı "Enfild" stadionuna ömürlük giriş qadağan edilib.
Azarkeşlər bilet alqı-satqısı zamanı saxtakarlığa yol veriblər. Xüsusilə, bu azarkeşlər öz biletlərini başqalarına satıblar.