Serxio Ramos karyerasını Argentinada davam etdirə bilər.

Offsideplus.az xəbər verir ki, bu barədə məlumatı "Relovo" paylaşıb.

Mənbəyə görə, "Boka Xuniors" ispaniyalı müdafiəçiyə illik 5 milyon avro maaş təklif edəcək. Klub prezidenti Xuan Roman Rikelme transferin gerçəkləşməsi üçün şəxsən futbolçu ilə özü danışıqlar aparır.