"Mançester Siti"nin qolkiperi Ederson Moraes yaşıl meydanlarda ona ən çox təhlükə törədən futbolçunun adına aydınlıq gətirib.
Offsideplus.az xəbər verir ki, ESPN argentinalı qapıçının sözlərini belə çatdırıb:
"Bir çox hücunmçularla qarşılaşmışam. Məncə, ən təhlükəlisi Harri Keyndir. Onun inanılmaz keyfiyyətləri var".
Qeyd edək ki, Ederson 2017-ci ildən "şəhərlilər"in şərəfini qoruyur.