"Bayern" futbolçusu Leroy Sane karyerasını İngiltərə Premyer Liqasından davam etdirə bilər.
Offsideplus.az "Sky Sport"a istinadən xəbər verir ki, yarımmüdafiəçi "Mançester Yunayted"in diqqət mərkəzindədir. Mənbəyə görə, "qırmızı şeytanlar" qış "transfer pəncərə"sində Almaniya klubu ilə rəsmi danışıqlar aparacaq.
Qeyd edək ki, Sane 2016-2020-ci illərdə "Mançester Siti"nin uğurları üçün çalışıb.