"Torino"nun futbolçu Samuele Ricci karyerasını İngiltərə Premyer Liqasında davam etdirə bilər.
Offsideplus.az "Goal"a istinadən xəbər verir ki, italiyalı yarımmüdafiəçi "Mançester Siti"nin diqqət mərkəzindədir.
Mənbəyə görə, 23 yaşlı oyunçu "Arsenal" və "Milan" kimi klubların da maraq dairəsindədir.
Qeyd edək ki, sözügedən yarımmüdafiəçi cari mövsüm "Torino" forması ilə İtaliya A Seriyasında 7 rəsmi matça çıxıb.