"Mançester Yunayted"in Erik ten Haqla yollarını ayıracağı gözlənilir.

Offsideplus.az xəbər verir ki, belə bir hal baş verərsə, "qırmızı şeytanlar" böyük məbləğdə təzminat ödəməli olacaq.

İngiltərə mediasından "The Telegraph"ın məlumatına görə, mütəxəssis komandadan göndərilərsə, klub çalışdırıcıya 18 milyon avro verməlidir.

Qeyd edək ki, Erik ten Haqın rəhbərliyi altında 125 matçda meydana çıxan "Mançester Yunayted" 71 qələbə, 19 bərabərlik və 35 məğlubiyyətlə üzləşib.