Premyer Liqada çıxış edən ulduz futbolçu böyük klubların "radarı"na düşüb.

Offsideplus.az xəbər verir ki, "Bornmut"un oyunçusu Antoine Semenyo performansı ilə diqqətləri üzərinə çəkib. İngiltərə nəhənglərindən "Liverpul", "Tottenhem" və "Nyukasl" qış "transfer pəncərəsi"ndə Qana əsilli ingilisi heyətlərinə cəlb etmək üçün mübarizə aparacaq. Bu barədə BBC məlumat yayıb.

Oyunçu hazırki klubuna 2023-cü ilin yanvarında keçib.

Qeyd edək ki, yeni mövsümdə "Bornmut"un forması ilə 7 matçda meydana çıxan Semenyo 3 qola və 1 məhsuldar ötürməyə imza atıb.