"Mançester Siti"nin yarımmüdafiəçisi Filip Foden peşəkar futbol karyerasını başa vurduqdan sonra planlarını açıqlayıb.

Offsideplus.az xəbər verir ki, ingilis futbolçu balıqçılıq mövzusunda video bloq açmağı düşündüyünü açıqlayıb. O, uşaqlıqda atasının onu balıq tutmağa apardığını, bu fəaliyyətin onun üçün maraqlı olduğunu vurğulayıb. 

Fodenin balıqçılıq hobbisi onun futbol karyerasını başa vurduqdan sonra da davam edəcək.