Premyer Liqanın 6-cı həftəsində səfərdə "Nyukasl" ilə 1:1 hesablı heç-heçə edən "Mançester Siti" ardıcıl ikinci heç-heçəsini edib və liderlik yarışında vacib xal itirib.

Offsideplus.az xəbər verir ki, bu nəticədən sonra "Mançester Siti" 14 xalla liderliyini qoruyub, lakin "Liverpul" bu axşam "Vulverhempton"a qalib gəlsə, "Mançester Siti" birinci yeri itirə bilər.

Həmçinin, "Aston Villa" da top fərqinə görə 6 top geridə olsa da, liderliyə yüksəlmək şansına sahibdir.