"Mançester Siti"nin çalışdırıcısı Pep Qvardiola "Nyukasl"la oyundan öncə mətbuat konfransında iştirak edib.

Offsideplus.az xəbər verir ki, ispaniyalı mütəxəssis 2 futbolçusunun zədələndiyini ictimaiyyətə açıqlayıb:

"Rodri mövsümü başa vurdu. O, bu gün səhər əməliyyat olunub. Kevin De Bröyne isə "Nyukasl"la oyunda iştirak etməyəcək. Belçikalı milli fasilədə geri dönəcək".