"Mançester Yunayted"in baş məşqçisi Erik ten Haq BBC jurnalistinin komandanın son iki oyundakı əsas problemi ilə bağlı sualını cavablandırıb.

Offsideplus.az xəbər verir ki, Ten Haq bildirib ki, "Biz qol vurmuruq. Problem budur; əsas komanda olaraq daha çox qol vurmalıyıq. Aydındır ki, bunu bacaran oyunçularımız var və onların potensialını görə bilərsiniz, amma biz kifayət qədər qol vurmuruq."