"Mançester Siti" İngiltərə Premyer Liqasına qarşı ilk məhkəmə işini qazanıb.
Offsideplus.az xəbər verir ki, bu klubu çempionatın maliyyə qaydalarını pozmaqda ittiham edən iddialarla bağlıdır.
"Mançester Siti"nin bu qələbəsi Premyer Liqanın “əlaqəli tərəf sövdələşmələri” qaydalarına yenidən baxılmasına səbəb ola bilər.
Bu qaydalar klubların sahibləri ilə əlaqəli şirkətlərlə qeyri-bazar sponsorluq müqavilələri bağlaması zamanı ciddi audit tələb edir.
Qaydaların nəinki yenidən nəzərdən keçirilməsi, hətta ləğv edilə biləcəyi vurğulanır. Bu halda, "Mançester Siti" kimi klublar müstəqil qiymətləndirmə aparılmadan sponsorluq müqavilələri bağlamaqda sərbəst olacaqlar.