Chelsea-nın baş məşqçisi Maurisio Sarri Avropa Liqasında Vidi ilə oyun (1:0) barədə danışıb.

 Offsideplus.az xəbər verir ki, baş məşqçi  komadanın yarımmüdafiəçisi Ross Barklinin İngiltərə millisinə dəvət edilməsinə də münasibət bildirib.

Sarri deyib: “Morata bu oyunda  əla çıxış etdi. Son vaxtlar qol vura bilmirdi. Düşünürəm ki, Vidi ilə qarşılaşmada vurduğu qol ona inam verəcək. Morata vurduğu hər qoldan sonra ağlamaq istəyirsə, onun tez-tez ağlamasını arzulayıram. Komanda üçün vacib futbolçudur. Hücum xəttində Morata və Jirunun xidmətindən yararlanırıq. Qarşıda bizi xeyli matç gözləyir. Əminəm ki, hər ikisi öz işinin öhdəsindən gələcək. Barklinin İngiltərə millisinə dəvətinə sevindim. Ötən mövsüm zədəyə görə özünü göstərə bilmədi. Hazırda əla formadadır. Həm Chelsea, həm də millidə faydalı olacaq”.