Premyer Liqanın nəhəngi "Mançester Yunayted" 100 min nəfərlik yeni stadion inşasına hazırlaşır.

Offsideplus.az xəbər verir ki, bu layihə hər il Britaniya iqtisadiyyatına 7,3 milyard funt-sterlinq dəyərində töhfə verəcək. Layihə çərçivəsində 92 min iş yeri və 17 min yeni yaşayış yeri yaradılması planlaşdırılır.

Klubun yeni sahibi Ser Cim Ratklif bu möhtəşəm stadion layihəsini öz prioritetləri arasına daxil edib.