"Mançester Yunayted"in keçmiş futbolçusu Andrey Kançelskis hazırda İngiltərə çempionatında ən yüksək maaş alan oyunçulardan biri ola biləcəyini bildirib.

Offsideplus.az xəbər verir ki, onun sözlərinə görə, yalnız Alan Şirer və Erik Kantona ondan daha çox qazana bilərdi.

Kançelskiz Rusiyada futbolçuların maaşlarına göstərilən təəccübü başa düşmədiyini vurğulayıb: “Pulunuz varsa, niyə ödəmirsiniz? Avropada daha çox maaş verirlər. İnsanlar sadəcə qısqanırlar. Keçmişdəki maaşlarımız indiki dövrə uyğunlaşdırılsa, mən Premyer Liqada ən yüksək maaş alan üçüncü futbolçu olardım. İndi İngiltərədə ildə təxminən 60-70 milyon avro alacaqdım. Amma vaxtımız keçib, paxıllıq etməyə ehtiyac yoxdur."