Bu gün Premyer Liqanın 5-ci turunda "Vest Hem" öz meydanında "Çelsi"ni qəbul edib.
Offsideplus.az xəbər verir ki, oyunun 35-ci dəqiqəsində "Çelsi" 2:0 hesabı ilə öndə olub.
Hesabı oyunun 4-cü dəqiqəsində Nikolas Cekson açıb. 18-ci dəqiqədə isə seneqallı futbolçu yenidən fərqlənərək komandasına ikinci qolu qazandırıb.
Opta-nın məlumatına görə, Cekson son 19 ildə "Çelsi" üçün Premyer Liqada ən sürətli dubl edən futbolçu olub. Sonuncu belə rekordu 2005-ci ildə Didye Droqba vurmuşdu, ona iki qol üçün 17 dəqiqə lazım olmuşdu.