Fərdi Kadıoğlu rəsmən "Brayton" klubundadır. 

Offsideplus.az xəbər verir ki, "Fənərbağça" Fərdi ilə vidalaşaraq, futbolçunun İngiltərə klubuna keçidini açıqlayıb. 

Kadıköy təmsilçisi müdafiəçinin transferindən 30 milyon avro qazanc əldə edəcək. Bu, Türkiyə futbol tarixinin ən bahalı oyunçu satışı olub.