"Nyukasl"ın yarımmüdafiəçisi "Mançester Siti"yə keçmək niyyətindədir.
Offsideplus.az xəbər verir ki, söhbət Bruno Gimarayeşdən gedir.
Daha əvvəl "Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola braziliyalı futbolçunu komandasında görmək istəyib. Lakin "Nyukasl" bu transfer üçün 130 milyon avro məbləğində təzminat tələb edib.
Gimarayeş ötən mövsüm İngiltərə Premyer Liqasında 7 qol vurub və 8 məhsuldar ötürmə edib.